ABŞ İranda hərbi hissəni bombaladı: Ölənlər varbackend

ABŞ İranda hərbi hissəni bombaladı: Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin İranın cənub-şərqindəki İranşəhr bölgəsinə endirdiyi gecə raket zərbələri nəticəsində 7 iranlı hərbçi həlak olub.

Bu barədə İran ordusuna istinadən “Fars” agentliyi məlumat yayıb.

Hərbçilərin verdiyi məlumata görə, ABŞ qüvvələri hərbi hissəni, kazarmaları və digər hərbi obyektləri hədəf alan 13 raket buraxıb.

Hücum nəticəsində həlak olanlarla yanaşı yaralıların da olduğu bildirilir. Lakin onların dəqiq sayı və vəziyyəti barədə İran tərəfi hələlik hər hansı bir məlumat açıqlamayıb.

Musavat.com