Alim gündə nə qədər qara qarağat yeməyin təhlükəsiz olduğunu açıqlayıbbackend

Alim gündə nə qədər qara qarağat yeməyin təhlükəsiz olduğunu açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qara qarağat vitamin və faydalı mikroelementlərlə zəngin olsa da, onun həddindən artıq istehlakı sağlamlıq üçün arzuolunmaz nəticələr yarada bilər. Mütəxəssislər böyüklərə gündə maksimum 100–150 qram qara qarağat yeməyi tövsiyə edirlər.

Editor.az xəbər verir ki, bu barədə kənd təsərrüfatı elmləri namizədi, Kazan Dövlət Aqrar Universitetinin dosenti Aleksandr Abramov məlumat verib.  

Alimin sözlərinə görə, qara qarağatın kalorisi aşağıdır – 100 qramında təxminən 40–50 kilokalori var. Gündəlik 100–150 qram təzə və ya dondurulmuş qara qarağat qəbul etmək orqanizmi C vitamini, lif və digər faydalı bitki mənşəli maddələrlə təmin edir və balanslı qidalanmanın bir hissəsi hesab olunur. Uşaqlar üçün isə daha az porsiya tövsiyə edilir.  

Mütəxəssis bildirib ki, fərdi dözümsüzlüyü, allergiyası və ya mədə-bağırsaq sistemi xəstəliklərinin kəskinləşməsi olan şəxslər qara qarağatın gündəlik miqdarını həkimlə məsləhətləşməlidirlər. Əks halda, normadan artıq istehlak allergik reaksiyalar və həzm problemlərinə səbəb ola bilər.  

Aleksandr Abramovun sözlərinə görə, qara qarağat immun sistemini gücləndirir, ürək-damar sağlamlığını dəstəkləyir, həzmi yaxşılaşdırır, dərinin vəziyyətinə müsbət təsir göstərir, qanda dəmir səviyyəsinin artmasına kömək edir və sinir sisteminin fəaliyyətini dəstəkləyir.

//Gülnarə Abasova, Editor.az