Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yanacaqdaşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Editor.az xəbər verir ki, bu barədə FHN açıqlama yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qoşqusunda 31 ton dizel yanacağı olan “Mercedes” markalı avtomobilin kabinə hissəsində baş vermiş alovlanma yanacaq çəninə keçməsinə və ağır fəsadlar törətməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Avtomobilin kabinə hissəsi yanıb, xəsarət alan olmayıb.
Maşının qoşqusunda olan yanacaqla dolu yanacaq çəni yanğından mühafizə olunub.

