Avropada son aylarda müşahidə olunan rekord istilərin əsas səbəbi okean mənşəli antisiklonların subtropik səhra antisiklonları ilə əvəzlənməsidir.
Editor.az xəbər verir ki, barədə Kamerino Universitetinin fiziki coğrafiya və iqlim riskləri üzrə müəllimi Massimiliano Fatstsini bildirib.
Alimin sözlərinə görə, Avropa üzərində Sahara səhrası və ya İran yaylası ilə əlaqəli güclü antisiklonlar formalaşdıqda, onlar 6–8 kilometr hündürlüyə qədər yüksəlir. Hava kütlələri dağ silsilələrini aşaraq aşağı enərkən sıxılma nəticəsində əlavə qızır və bu da yer səthində temperaturun kəskin artmasına səbəb olur.
Fatstsini qeyd edib ki, əvvəllər Qərbi Avropada əsasən okean mənşəli antisiklonlar üstünlük təşkil edirdi. Hazırda isə onların yerini subtropik səhra antisiklonları tutub. Məhz bu dəyişiklik istilik dalğalarının daha intensiv və uzunmüddətli olmasına gətirib çıxarır.
Mütəxəssisin fikrincə, yer səthinə yaxın hava artıq əvvəlcədən yüksək temperatura malik olur, enən hava axınları isə onu daha da qızdıraraq ekstremal istilərin yaranmasına şərait yaradır.
Xatırladaq ki, Avropada iyun ayı tarixdə qeydə alınmış ən isti iyun ayı kimi qiymətləndirilib. Son günlər isə qitənin bir sıra ölkələri növbəti güclü istilik dalğası ilə üz-üzə qalıb.
//Gülnarə Abasova, Editor.az

