2026-cı il tarixdə ən isti il ola bilər — iqlimşünaslardan rekord istilik xəbərdarlığıbackend

2026-cı il tarixdə ən isti il ola bilər — iqlimşünaslardan rekord istilik xəbərdarlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı il meteoroloji müşahidələr tarixində ən isti il kimi qeydə alına bilər. İqlim üzrə mütəxəssislər bu ehtimalın kifayət qədər yüksək olduğunu bildirirlər.

Editor.az xəbər verir ki, ABŞ-ın iqlim araşdırmaları üzrə ixtisaslaşmış qeyri-kommersiya təşkilatı Berkeley Earth aylıq hesabatında 2026-cı ilin dünyanın meteoroloji müşahidələr tarixində ən isti il olmaq ehtimalının təxminən 69 faiz təşkil etdiyini açıqlayıb.

Təşkilatın analitiklərinə görə, hazırkı proqnozlar əvvəlki qiymətləndirmələrlə müqayisədə əhəmiyyətli dərəcədə dəyişib. Mövcud hesablamalara əsasən, 2026-cı ilin ən isti illər reytinqində ikinci yeri tutması ehtimalı isə təxminən 30 faizdir.

İyulda temperatur rekordları qırılıb

Berkeley Earth-un məlumatına əsasən, bu ilin iyulu 2026-cı ilin indiyədək ən isti ayı olub.

İyul ayında dünyanın quru səthinin təxminən 8,5 faizində yerli temperatur rekordları yenilənib. Rekord istilər Aralıq dənizi hövzəsi, Cənubi Avropa, Rusiyanın qərb bölgələri, Sibir və Mərkəzi Asiya da daxil olmaqla bir sıra əraziləri əhatə edib.

Ümumilikdə, yeni aylıq temperatur rekordları 32 ölkədə qeydə alınıb.

//Gülnarə Abasova, Editor.az