Ukrayna PUA hücumu Rusiyanın ən böyük NEZ-ni dayandırdı – Reutersbackend

Ukrayna PUA hücumu Rusiyanın ən böyük NEZ-ni dayandırdı – Reuters

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın ən böyük neft emalı müəssisəsi olan Omsk Neft Emalı Zavodu Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumdan sonra fəaliyyətini dayandırıb.

Reuters agentliyinin iki məlumatlı mənbəyə istinadən yaydığı xəbərə görə, hücum nəticəsində zavodun əsas texnoloji qurğuları zədələnib və neft emalı prosesi tamamilə dayandırılıb.

Məlumata əsasən, insidentdən sonra müəssisənin benzin və dizel yanacağı üzrə birja satışları da müvəqqəti dayandırılıb. Rusiya rəsmiləri hadisə nəticəsində ölən və ya yaralanan olmadığını, obyektdə bərpa işlərinin aparıldığını bildiriblər.
Ekspertlər hesab edirlər ki, Rusiyanın ən iri neft emalı zavodunun fəaliyyətinin dayanması daxili yanacaq bazarında təchizat və qiymətlərə təsir göstərə bilər.

//Samir Qurbanov, Editor.az