NATO dron təhlükəsinə qarşı 40 milyard dollarlıq “Drone Edge” təşəbbüsünü işə saldıbackend

NATO dron təhlükəsinə qarşı 40 milyard dollarlıq “Drone Edge” təşəbbüsünü işə saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Baş katibi Mark Rutte Ankarada keçirilən NATO Müdafiə Sənayesi Forumunda alyansın yeni “Drone Edge” təşəbbüsünü elan edib.

Onun sözlərinə görə, proqram çərçivəsində NATO müttəfiqləri yaxın beş il ərzində 40 milyard ABŞ dollarından çox vəsaiti pilotsuz uçuş aparatları və onlara qarşı müdafiə sistemlərinin inkişafına yönəldəcək.

Təşəbbüs həmçinin dron operatorlarının hazırlanması, yeni texnologiyaların tətbiqi və üzv ölkələr arasında sənaye əməkdaşlığının gücləndirilməsini nəzərdə tutur.

Rutte bildirib ki, layihənin əsas məqsədi müasir döyüş meydanında sürətlə artan pilotsuz sistemlər təhlükəsinə qarşı NATO-nun imkanlarını gücləndirmək və alyansın bu sahədə texnoloji üstünlüyünü təmin etməkdir.

//Samir Qurbanov, Editor.az