ABŞ Prezidenti Donald Trampın təyyarəsi Ankarada eniş edib.
Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, ABŞ lideri NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşündə iştirak etmək üçün Türkiyəyə səfər edib. Onun burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər müttəfiq ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.
ABŞ Prezidenti Donald Trampı hava limanında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

