ABŞ Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri almasına görə əvvəllər tətbiq etdiyi birtərəfli sanksiyaları ləğv etməyi planlaşdırır.
Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyədə rəsmi səfərdə olan ABŞ Prezidenti Donald Tramp bildirib.
“Deyə bilərəm ki, biz sanksiyaları ləğv edəcəyik”, – deyə o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüş zamanı bildirib.
Qeyd edək ki, ABŞ və Türkiyə liderləri arasında danışıqlar Ankarada NATO Sammiti çərçivəsində keçirilir.

