Ukrayna NATO-nun Ankarada keçirilən sammiti çərçivəsində bir sıra ölkələrlə Drone Deal formatında müdafiə əməkdaşlığına dair sazişlər imzalayır.
Editor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın Baş naziri Rob Yetten və Estoniyanın Baş naziri Kristen Mixal ilə Ankarada keçirdiyi görüşlərin yekununda məlumat verib.
Zelenskinin sözlərinə görə, əldə olunan razılaşmalar pilotsuz uçuş aparatları sahəsində əməkdaşlığın genişləndirilməsi, müdafiə sənayesinin inkişafı və Ukraynanın müdafiə imkanlarının gücləndirilməsinə yönəlib.
//Samir Qurbanov, Editor.az

