Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi “Patriot” hava hücumundan müdafiə sistemi üçün raketlərin istehsal lisenziyalarının əldə edilməsi məqsədilə NATO müttəfiqlərinin dəstəyinə ehtiyac duyur.
Zelenskinin sözlərinə görə, bu məsələ artıq ABŞ ilə müzakirə olunub. Hazırda Kiyev təşəbbüsün reallaşdırılması üçün NATO-nun digər üzv ölkələrinin də siyasi və texnoloji dəstəyini təmin etməyə çalışır.
Ukrayna lideri bu fikirləri Ankarada NATO sammiti çərçivəsində keçirilən Müdafiə Sənayesi Forumunda çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, “Patriot” raketlərinin yerli istehsalına başlanması ölkənin hava hücumundan müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirə bilər.
//Samir Qurbanov, Editor.az

