Avropa Komissiyası Patriarx Kirilə qarşı sanksiya təklif edibbackend

Avropa Komissiyası Patriarx Kirilə qarşı sanksiya təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyası (EK) Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirili Avropa İttifaqının (Aİ) sanksiya siyahısına daxil etməyi təklif edib.

Editor.az xəbər verir ki, məlumatı Euronews telekanalı mənbələrə istinadən yayıb.

Bildirilir ki, təşəbbüs Aİ-nin Rusiyaya qarşı yeni sanksiya paketinin hazırlanması çərçivəsində irəli sürülüb. Təklif qəbul edilərsə, Patriarx Kiril Aİ tərəfindən sanksiya tətbiq olunan şəxslər siyahısına əlavə edilə bilər.
Qərarın qüvvəyə minməsi üçün Aİ-yə üzv ölkələrin yekdil razılığı tələb olunur. Hazırda məsələ ilə bağlı rəsmi təsdiq və ya əlavə detallı açıqlama verilməyib.

//Samir Qurbanov, Editor.az