Bakıda bu yol bağlanır – Sürücülərə XƏBƏRDARLIQbackend

Bakıda bu yol bağlanır – Sürücülərə XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Qaradağ rayonunda yerləşən Müşfiqabad qəsəbəsində yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Editor.az-ın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) açıqlamasında bildirilir ki, oktyabrın 21-də saat 08:00-dan etibarən Yeni Həyat küçəsinin müəyyən hissəsində təmir işlərinə başlanılacaq.

Məhdudiyyət Yeni Həyat küçəsinin Şirvan küçəsi ilə kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan ərazini əhatə edəcək. Təmir müddətində həmin hissədə avtomobillərin hərəkəti tam dayandırılacaq.

Sürücülərə yollarda sıxlıqla qarşılaşmamaq üçün alternativ marşrutlar seçmək, hərəkət zamanı diqqətli olmaq tövsiyə edilir.