Ermənistan saxlanılan Azərbaycan hərbçisi ilə bağlı görüntüləri yaydı – VİDEObackend

Ermənistan saxlanılan Azərbaycan hərbçisi ilə bağlı görüntüləri yaydı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan hərbçisi Nəsimi Musayevin Ermənistan tərəfindən saxlanılması anını əks etdirən görüntülər yayılıb.

Editor.az xəbər verir ki, kadrları Ermənistanın Armlur.am nəşri yayımlayıb.

Xatırladaq ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Məlumata görə, hərbçi Zəngəzurun Şəki kəndi yaxınlığında naməlum səbəblərdən sərhədi keçib.

Saxlanıldıqdan sonra Nəsimi Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Onun saxlanılma anına dair görüntülərin yayılması hadisəni yenidən gündəmə gətirib.