Bakıda 3 avtobusun hərəkət istiqaməti dəyişdirilirbackend

Bakıda 3 avtobusun hərəkət istiqaməti dəyişdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 21-də Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yol təmiri ilə əlaqədar üç müntəzəm avtobus marşrutunun hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək.

Editor.az-ın AYNA-ya istinadən məlumatına görə, Yeni Həyat küçəsinin Şirvan küçəsi ilə kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq. Bu səbəbdən həmin ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Dəyişikliklər 114B, 555 və 557 nömrəli avtobus marşrutlarına şamil olunacaq.

114B nömrəli avtobus Müşfiqabad istiqamətində H.Z. Tağıyev–Sahil avtomobil yolu, Şirvan küçəsi, Bakı–Şamaxı–Yevlax avtomobil yolu, Yeni qəsəbə və Yeni Həyat küçəsi ilə hərəkət edəcək.

555 və 557 nömrəli avtobuslar isə Müşfiqabad istiqamətində H.Z. Tağıyev–Sahil yolu, Yeni qəsəbə, Şirvan küçəsi və Bakı–Şamaxı–Yevlax avtomobil yolu üzrə hərəkət edəcəklər.

Əks istiqamətdə hərəkət edən avtobuslar da müəyyən edilmiş alternativ yolları istifadə etdikdən sonra əvvəlki marşrutlarına qayıdacaqlar.

Məlumata görə, hər üç marşrutun son dayanacağı Yeni Həyat küçəsi, giriş 289 ünvanında olacaq.