Mədəniyyət Nazirliyinin rəsmisi vəfat etdi – Ölümünün səbəbi araşdırılır – VİDEObackend

Mədəniyyət Nazirliyinin rəsmisi vəfat etdi – Ölümünün səbəbi araşdırılır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov vəfat edib.

Editor.az-ın Oxu.Az-a istinadən məlumatına görə, onun meyiti bu gün Şamaxı şəhərində kirayədə yaşadığı evdə aşkarlanıb. Hadisənin Adil Quliyev küçəsi, 12 ünvanında baş verdiyi bildirilir.

Vüsal İbrahimov bu ilin avqust ayında Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi. O, bundan əvvəl Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəhbəri vəzifəsində çalışıb.

Gəncə şəhərindən olan mərhum ailəli idi və beş övladı var.

Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hazırda ölümün səbəbləri araşdırılır.