Rüşvət ittihamı ilə mühakimə olunan iki hərbçiyə 8 ildən çox həbs cəzasıbackend

Rüşvət ittihamı ilə mühakimə olunan iki hərbçiyə 8 ildən çox həbs cəzası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinin sabiq rəisi, polkovnik-leytenant Məftun Xəlilov və mayor Habil Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Editor.az-ın APA-ya istinadən məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində hakim Səxavət Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.

Məhkəmənin qərarı ilə Məftun Xəlilov 8 il, Habil Niftəliyev isə 8 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hər iki təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunub.

İttihama əsasən, Məftun Xəlilov Kəngərli rayon şöbəsinin rəisi vəzifəsində çalışarkən vətəndaşlardan dəfələrlə rüşvət almaqda ittiham edilib. O, vəzifəsindən uzaqlaşdırıldıqdan sonra həmin posta Habil Niftəliyev təyin olunub. Sonuncu da analoji əməllərdə ittiham olunub.

Hərbi Prokurorluq tərəfindən hər iki şəxsə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar rüşvət alma ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə ittiham irəli sürülüb.