Pakistanda hərbi təyyarə qəzaya uğradı: İki pilot öldü – FOTO, VİDEObackend

Pakistanda hərbi təyyarə qəzaya uğradı: İki pilot öldü – FOTO, VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Kvetta şəhərində hərbi təlim təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot həlak olub.

Editor.az xəbər verir ki, bu barədə Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Məlumata görə, Pakistan Ordu Aviasiyasına məxsus “Muşşak” tipli təlim təyyarəsi günorta saatlarında şəhərin Navan Killi ərazisində qəzaya düşüb. İlkin məlumata əsasən, hadisəyə texniki nasazlıq səbəb olub.

Qəza zamanı təyyarənin göyərtəsində olan mayor və kapitan rütbəli iki hərbçi həyatını itirib.