Qusar rayonunda baş verən yanğın faciə ilə nəticələnib. Xuroba kəndində fərdi yaşayış evində meydana gələn yanğın zamanı bir nəfərin meyiti aşkarlanıb.
Editor.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb, ətrafdakı tikililərin yanğından mühafizəsi təmin edilib.
Hadisə yerində aparılan araşdırma zamanı bir nəfərin meyiti aşkar olunub. Yanğının başvermə səbəbi və hadisənin digər təfərrüatları araşdırılır.

