Azərbaycanın qonşuluğunda KRİTİK hazırlıqbackend

Azərbaycanın qonşuluğunda KRİTİK hazırlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və İsrailin son hərbi əməliyyatlarından sonra İranın hava hücumundan müdafiə imkanlarının ciddi zərbə aldığı bildirilir. Qərb mətbuatında Tehranın müdafiə potensialını yenidən gücləndirmək üçün Çinə üz tutduğu barədə iddialar yer alıb.

Bəs bu iddialar nə dərəcədə real görünür?

Çin İrana yeni silahlar göndərir | Modern.az

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a deyib ki, İran Çindən hava müdafiə sistemləri alacaq və bu haqda “Röyters” xəbər yayıb.

“Söhbət Çindən alınması planlaşdırılan 300-400 daşınan hava hücumundan müdafiə sistemindən gedir. Agentliyin məlumatında 70 milyon dollar dəyərində olduğu bildirilən razılaşma çərçivəsində Çinin istehsalı olan QW-12 və FN-16 raket sistemlərinin tədarükü nəzərdə tutulur. Hava müdafiə sistemlərinin ilk partiyasının bir neçə həftə ərzində İrana çatdırılacağı bildirilir”,_ deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, Çin Xarici İşlər Nazirliyi İrana hava müdafiə sistemlərinin satılmasıyla bağlı “Reuters” agentliyinin məlumatını təkzib etsə də, Qərb ekspertləri belə bir sövdələşmənin mümkün olduğu qənaətindədirlər: “Belə bir fikir də var ki, Çin həmin hava müdafiə sistemlərini hava yoluyla deyil, quru yolla çatdırılmasına üstünlük verir”.

CROSSMEDIA - Yaxın Şərqdə gərginlik pik həddə: SEPAH-dan ABŞ zərbələrinə  cavab iddiası

Elxan Şahinoğlu qeyd edib ki, bu sistemlərin əsas məqsədi ABŞ və İsrailin son hücumları nəticəsində İranın raket, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə infrastrukturunda yaranmış ciddi çatışmazlıqları aradan qaldırmaqdır:

“İranın təcili olaraq hava müdafiə sistemlərinə marağı anlaşılandır. ABŞ və İsrailin zərbələri nəticəsində İranın hava müdafiə sistemləri dağıdılıb. İranın hava müdafiə sistemlərinı bərpa etməsinə ehtiyac var. İran keçmiş illərdə də hava müdafiə sistemlərini Rusiyadan alırdı. Ancaq həmin hava müdafiə sistemlərinin keyfiyyətsiz olduğu müharibə dönəmində anlaşıldı. İran müharibə zamanı ABŞ və İsrailin hərbi təyyarələrini neytrallaşdıra bilmədi. Əksinə, ABŞ və İsrailin zərbələri nəticəsində İranın hava müdafiə sistemləri məhv edildi. Görünür, bundan sonra İran Rusiyanın yerinə Çinin hava müdafiə sistemlərinə üstünlük verib”.

Elxan Şahinoğlunun fikrincə, həmin müdafiə sistemləri də İrana fayda verməyə bilər: “Çünki Çinin hava müdafiə sistemləri keçmiş SSRİ-nin və Rusiyanın hava müdafiə sistemlərinə əsasən hazırlanıb. Yəni Rusiyanın hava müdafiə sistemlərindəı hansı qüsurlar varsa, eynisi Çinin hava müdafiə sistemlərinə ola bilər”.