Bakıda avtomobil qadını vuraraq öldürübbackend

Bakıda avtomobil qadını vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

APA-nın xəbərinə görə, şəhər sakini, 1965-ci il təvəllüdlü Elsevər Səfərovun idarə etdiyi “Renault” markalı avtomobillə Səbail rayonu “Bayraq Meydanı” yaxınlığında yolu keçən 1960-cı il təvəllüdlü Həqiqət Məlikovanı vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.