BƏƏ Hörmüz boğazından yan keçərək birbaşa Fujayra limanından neft ixracına imkan verəcək yeni “Qərb-Şərq” neft boru kəmərinin tikintisini sürətləndirmək niyyətindədir
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hörmüz boğazını keçərək birbaşa Fujayra limanından neft ixracına imkan verəcək yeni Qərb-Şərq neft boru kəmərinin tikintisini sürətləndirmək niyyətindədir.
Bu barədə Əbu-Dabi hökumətinin mətbuat xidməti məlumat verib. Layihə dövlətə məxsus Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) tərəfindən həyata keçirilir. Yeni xəttin şirkətin Oman körfəzi sahilində yerləşən Fujayra limanı vasitəsilə ixrac gücünü ikiqat artıracağı gözlənilir. Tikintinin başa çatması 2027-ci ilə planlaşdırılır.
Qərb-Şərq layihəsi 500 kilometrlik neft boru kəmərini əhatə edir. Bu, Əbu-Dabinin Habshan bölgəsindəki quru yataqlarını Fujayradakı əsas neft terminalı ilə birləşdirəcək. Boru kəmərinin tikintisinə 2025-ci ilin fevral ayında başlanılıb. ADNOC-un icra şurasının iclasında Əbu-Dabinin vəliəhdi şirkət rəhbərliyinə layihəni sürətləndirməyi tapşırıb. BƏƏ hazırda gündə təxminən 1,5 milyon barel ötürmə qabiliyyətinə malik Həbshan-Füceyra boru kəmərindən istifadə edir.
//Samir Qurbanov, Editor.az


