Kreml harada olduğumu axtarır – Zelenski gizli təhlükəni açıqladıbackend

Kreml harada olduğumu axtarır – Zelenski gizli təhlükəni açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Ukrayna rəhbərliyini hədəfə almağa çalışdığını bildirib.

Zelenskinin sözlərinə görə, hazırda Rusiya tərəfi onların harada olduqlarını və hansı məkanlarda göründüklərini müəyyən etməyə çalışır.

Hazırda ruslar bizim harada olduğumuzu, haralara getdiyimizi axtarırlar. Onlar Ukrayna rəhbərliyini zərbələrlə məhv etmək istəyirlər, – deyə Zelenski vurğulayıb.

Ukrayna prezidenti təhlükəsizlik risklərinin davam etdiyini və ölkə rəhbərliyinin daimi təhdid altında olduğunu qeyd edib.

Musavat.com