Konqo Demokratik Respublikasında naməlum mənşəli xəstəlik səbəbindən ölüm halları qeydə alınıb.
Yerli məlumatlara görə, 19 gün ərzində xəstəlikdən 14 nəfər həyatını itirib.
Hadisə barədə yerli deputat Jak İlunqu Openi məlumat verib. Onun sözlərinə görə, xəstəliyin səbəbi hələ müəyyən edilməyib və vəziyyətlə bağlı araşdırmalar davam edir.
Səhiyyə qurumlarının ilkin qiymətləndirmələrinə əsasən, xəstəliyin yayılma səbəbləri və yoluxma mexanizmi müəyyənləşdirilməlidir. Mütəxəssislər ərazidə epidemioloji nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayırlar.
Hazırda xəstəliyin miqyası, simptomları və mümkün təhlükə səviyyəsi ilə bağlı əlavə məlumatların açıqlanması gözlənilir.
//Samir Qurbanov, Editor.az


