Voronejə raket zərbəsi nəticəsində ölənlərin sayı 5-ə çatıb
Rusiyanın Voronej şəhərinə endirilən raket zərbəsi nəticəsində 5 nəfərin öldüyü bildirilib. Məlumatı Voronej vilayətinin qubernatoru Aleksandr Qusev açıqlayıb.
Qusevin sözlərinə görə, hücum nəticəsində şəhərdə bir sıra obyektlərə ziyan dəyib, xəsarət alanlar da var. Hadisənin detalları araşdırılır.
Reuters
Ukrayna tərəfi isə zərbənin hərbi sənaye obyektinə yönəldiyini bildirib.
//Samir Qurbanov, Editor.az


