İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı baş tutubbackend

İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı baş tutub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub.

Editor.az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

Telefon danışığı zamanı mədəniyyət, elm, təhsil və idman kimi sahələrdə ənənəvi olaraq məhsuldar əməkdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb.

Həmçinin ikitərəfli münasibətlərin prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.