NATO Avropada ABŞ silahlarının istehsalına başlayacaqbackend

NATO Avropada ABŞ silahlarının istehsalına başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Avropada ABŞ istehsalı olan bir sıra strateji silahların istehsalını və texniki xidmətini təşkil edəcək.

Editor.az xəbər verir ki, bu barədə Alyansın Baş katibi Mark Rutte Ankarada keçirilən müdafiə-sənaye forumunda məlumat verib.  

Onun sözlərinə görə, ABŞ hökuməti və aparıcı Amerika müdafiə sənayesi şirkətləri Avropanın ən iri müdafiə istehsalçıları ilə yeni sənaye əməkdaşlığı təşəbbüsləri barədə razılığa gəliblər. Bu əməkdaşlıq çərçivəsində Avropada M1 Abrams tankları, ATACMS raketləri, AMRAAM raketləri, Barracuda 500M döyüş sursatları, Small Diameter Bomb aviasiya bombaları və FIM-92 Stinger sistemlərinin istehsalı və ya texniki xidməti həyata keçiriləcək.  

Mark Rutte bildirib ki, bununla yanaşı, NATO müttəfiq ölkələrin istehsal imkanlarını Atlantik okeanının hər iki sahilində birləşdirəcək NATO Engine adlı yeni təşəbbüsə də start verir. Layihənin məqsədi müasir müdafiə sənayesi müəssisələrindən ibarət vahid istehsal şəbəkəsinin formalaşdırılmasıdır.  

Xatırladaq ki, ABŞ-ın NATO yanında daimi nümayəndəsi Matthew Whitaker iyulun 1-də bildirmişdi ki, 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammiti çərçivəsində Ukrayna ilə bağlı, o cümlədən ABŞ silahlarının Ukrayna ordusu üçün satın alınmasına dair yeni açıqlamaların verilməsi gözlənilir.  

//Gülnarə Abasova, Editor.az