İran rəsmisi Trampı hədələdibackend

İran rəsmisi Trampı hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Bağır Zolgadr ABŞ prezidenti Donald Trampın İranla bağlı son açıqlamasından qəzəblənib.

Musavat.com xəbər verir ki, o, X hesabında Trampla bağlı təhqiramiz ifadələr və hədələr yağdırıb:

“Bu gün 91 milyon iranlını təhdid edən dəli Amerika prezidentinə deyərdim: əvvəllər, 250 illik tarixi olan köksüz bir ölkənin prezidenti olaraq, bir neçə min il əvvələ aid olan İran sivilizasiyasının məhv edilməsi barədə oxşar ifadələr işlətmisiniz. Sizin üçün yeganə nəticə məğlubiyyət, danışıqlar və atəşkəs üçün çarəsiz yalvarışlar oldu”.

O, iranlıların təhdid dilinə öyrəşmədiyini vurğulayıb: “Buna görə də İran xalqı ilə hörmətlə danışın; əks halda sizə fərqli cavab verəcəyik”.

Daha əvvəl ABŞ prezidenti jurnalistlərə Vaşinqtonun ya Tehranla “razılaşma” edəcəyini, ya da İranda “işi bitirəcəyini” bildirmişdi: “Baxın, biz bu və ya digər şəkildə qalib gələcəyik. Ya razılaşma əldə edəcəyik, ya da işi bitirəcəyik. İşi bitirmək çətin olmayacaq”.