Ukrayna Silahlı Qüvvələrinin Moskvaya PUA (pilotsuz uçuş aparatı – dron) hücumu cəhdi son iki ildə ən böyük hücum olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS agentliyi şəhər meri Sergey Sobyaninə istinadən məlumat verib.
Sobyaninin sözlərinə görə, iyulun 6-sı axşamdan 7-si səhər saat 6:00-dək (Bakı vaxtı ilə 7:00) Moskva bölgəsinə doğru 430-dan çox PUA atılıb.
PUA-ların əksəriyyəti hava hücumundan müdafiə qüvvələri tərəfindən uzaq məsafədən zərərsizləşdirilib, 36-sı isə Moskvaya yaxınlaşdığı zaman məhv edilib.
Xatırladaq ki, iyulun 4-də 24 saat ərzində paytaxt regionuna doğru 200-dən çox dronun uçduğu və onların əksəriyyətinin uzaq məsafədən vurulduğu bildirilmişdi.

