Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir.
Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Əvvəlcə birgə foto çəkdirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Qurani-Kərimdən ayə oxunub.
Daha sonra İslam İnkişaf Bankı (IsDB) haqqında videoçarx nümayiş olunub.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.




