Ukrayna Rusiyanın nüvə daşıyıcısını BELƏ VURDU – VİDEObackend

Ukrayna Rusiyanın nüvə daşıyıcısını BELƏ VURDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya ərazisinin dərinliklərində növbəti inanılmaz xüsusi əməliyyata imza atıb. UTX əməkdaşları Ukrayna sərhədindən tam 800 kilometr məsafədə yerləşən hədəfi darmadağın ediblər.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Dövlət başçısının sözlərinə görə, uğurlu əməliyyat nəticəsində Rusiyanın Saratov vilayətindəki “Engels” hərbi aerodromunda yerləşən “Tu-95” tipli strateji bombardmançı təyyarəsi məhv edilib. Prezident qeyd edib ki, sözügedən hərbi təyyarə Rusiya ordusu tərəfindən Ukrayna ərazilərinə raket zərbələri endirmək üçün aktiv şəkildə istifadə olunurdu.

Volodimir Zelenski həmçinin Ukrayna ordusunun Rusiyanın neft sənayesi obyektlərinə və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki bir sıra digər mühüm hədəflərə də sarsıdıcı zərbələr endirdiyini bildirib.

Bu əməliyyat Ukrayna xüsusi xidmət orqanlarının Rusiyanın strateji aviasiyasına və iqtisadi infrastrukturuna vurduğu ən ağır zərbələrdən biri kimi qiymətləndirilir. Gözlənilməz hücum Rusiya daxilində ciddi rezonans doğurub.