Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski bildirib ki, Rusiya yeni Ukrayna ərazilərini işğal etmək və ölkənin şimalında qondarma “bufer zona” yaratmaq niyyətini hələ də gündəmdə saxlayır.
Onun sözlərinə görə, Rusiya ordusu bu məqsədlə hücum əməliyyatlarını davam etdirir və cəbhənin müxtəlif istiqamətlərində təzyiqi artırmağa çalışır.
Sırski vurğulayıb ki, Ukrayna Müdafiə Qüvvələri vəziyyəti nəzarətdə saxlayır, müdafiə xəttini möhkəmləndirir və işğalçı qüvvələrin irəliləməsinin qarşısını almaq üçün zəruri tədbirlər görür.
Baş komandan qeyd edib ki, Ukrayna ordusunun əsas məqsədi düşmənin planlarını pozmaq, şəxsi heyəti qorumaq və ölkənin ərazi bütövlüyünü müdafiə etməkdir.
Sırski bu açıqlamanı sosial şəbəkə hesabında yayımlayıb.
//Samir Qurbanov, Editor.az

