Aleksandr Stubb NATO üzvü olan ölkələrin liderlərinin Ukraynanın Rusiya ərazisinin dərinliklərinə endirdiyi zərbələri dəstəklədiyini bildirib.
Editor.az xəbər verir ki, Financial Times qəzetinin məlumatına görə, Stubb bu mövqenin Alyans liderləri arasında geniş dəstək qazandığını qeyd edib.
Bununla yanaşı, NATO tərəfindən bütün üzv dövlətlərin bu məsələdə vahid mövqeyə malik olduğunu təsdiqləyən rəsmi bəyanat yayılmayıb. Bu səbəbdən Stubbun açıqlaması onun səsləndirdiyi siyasi qiymətləndirmə kimi təqdim olunur.
//Samir Qurbanov, Editor.az

