Generalın rəhbəri olduğu şirkətin əmlakı müsadirə olundu – FOTOLARbackend

Generalın rəhbəri olduğu şirkətin əmlakı müsadirə olundu – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirkətin saytında “Aztəsərrüfat” MMC-nin direktoru Aydın Dəmirov qeyd olunsa da, rəsmi məlumatlara görə, qurumun qanuni təmsilçisi Qafarov Məhərrəm Allahverdi oğludur.

Məhərrəm Qafarov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin sabiq rəis müavini, ədliyyə general-mayorudur. O, 2023-cü ildə vəzifəsindən azad olunub.

Qeyd edək ki, sözügedən şirkətin nizamnamə kapitalı 133 milyon manat civarındadır.(Teleqraf)

***11:56

Bakının Keşlə qəsəbəsində yerləşən 2.8 milyon manat dəyərində olan ət kəsimi sexi müsadirə edilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, 1603.2 kvadrat metr ərazisi olan obyekt “Aztəsərrüfat” MMC-yə məxsusdur.

Şirkətin rəsmi saytına əsasən, qurumun Baş direktoru Aydın Dəmirovdur. Müsadirə səbəbi ilə bağlı şirkətlə əlaqə saxlasaq da, qeyd olunan nömrəyə zəng çatmayıb.

Qeyd edək ki, “Aztəsərrüfat” MMC 2016 -cı ildən fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyət istiqaməti pambığın yetişdirilməsi, tədarükü və pambıqtəmizləmə müəssisəsində emalından ibarətdir.

Image 1 of 3 Image 2 of 3 Image 3 of 3