“İdrak” liseyində güllələnən müəllimə müalicədən sonra harada işləyəcək?backend

“İdrak” liseyində güllələnən müəllimə müalicədən sonra harada işləyəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda “İdrak” liseyində şagirdi tərəfindən güllələnən və bu gün xəstəxanadan evə buraxılan müəllimə Şəhla Kamilova tədris prosesinə geri dönəcək.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, müəllimə yaxın günlərdə elə çalışdığı “İdrak” liseyində fəaliyyətini davam etdirəcək.

İdrak liseyində güllələnən müəllimə müalicədən sonra harada işləyəcək? - ÖZƏL

Hazırda onun səhhətinin yaxşı olduğu bildirilir.

Xatırladaq ki, fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən “İdrak” liseyində silahlı insident baş verib. Orada təhsil alan 10-cu sinif şagirdi Ə.Ş. odlu silahdan atəş açaraq riyaziyyat müəlliməsi Şəhla Kamilovanı güllələyib.