İtaliyadan Meloni–Ərdoğan görüşü ilə bağlı açıqlama: Müdafiə sənayesi və investisiyalarda əməkdaşlıq genişlənəcəkbackend

İtaliyadan Meloni–Ərdoğan görüşü ilə bağlı açıqlama: Müdafiə sənayesi və investisiyalarda əməkdaşlıq genişlənəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya hökuməti NATO Zirvəsi çərçivəsində Baş nazir Corcia Meloni ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşlə bağlı rəsmi açıqlama yayıb.

Editor.az xəbər verir ki, İtaliya Baş nazirliyinin bəyanatında bildirilib ki, Meloni NATO Zirvəsinin uğurlu nəticələri münasibətilə Prezident Ərdoğanı təbrik edib. O, Alyansın birliyi, kollektiv müdafiə prinsipləri və transatlantik məkanın, xüsusilə NATO-nun cənub cinahının təhlükəsizliyinə dair ortaq öhdəliklərin bir daha təsdiqləndiyini vurğulayıb.

Açıqlamaya əsasən, liderlər Türkiyə ilə İtaliya arasında ikitərəfli münasibətləri də ətraflı müzakirə ediblər. Tərəflər ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların genişləndirilməsi, eləcə də müdafiə sənayesi və kosmik sektor kimi strateji sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində ortaq siyasi iradələrini bir daha təsdiqləyiblər.

Bundan əlavə, görüş zamanı Ukrayna, Yaxın Şərq, İran və Liviya daxil olmaqla beynəlxalq gündəmdə yer alan əsas regional məsələlər müzakirə olunub. Xüsusilə Liviya ilə bağlı qeyri-qanuni miqrasiya və insan alverinə qarşı mübarizədə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyi barədə razılıq əldə edildiyi bildirilib.

İtaliya hökuməti bəyan edib ki, Ankara görüşü iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və regional təhlükəsizlik sahəsində koordinasiyanın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

//Gülnarə Abasova, Editor.az