BBC: Benzin qıtlığı Putinin siyasi mövqeyini zəiflədirbackend

BBC: Benzin qıtlığı Putinin siyasi mövqeyini zəiflədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BBC-nin təhlilinə görə, Rusiyada benzin qıtlığı artıq təkcə iqtisadi deyil, həm də siyasi problemə çevrilir.

Məlumata əsasən, Vladimir Putin rəhbərliyindəki Kreml hətta ölkənin paytaxtı olan Moskvanı da kifayət qədər yanacaqla təmin etməkdə çətinlik çəkir. Paytaxtın böyük yanacaq tələbatını ödəmək üçün regionların ehtiyatlarından istifadə olunsa da, bu da problemi tam həll etmir.

Yanacaqdoldurma məntəqələrində növbələr hələ də qalır. Lakin BBC-nin qiymətləndirməsinə görə, insanlar daha çox narazılıq və məyusluq hissi keçirirlər, açıq qəzəb və etiraz əhval-ruhiyyəsi isə hələlik müşahidə olunmur.
Təhlildə vurğulanır ki, yanacaq çatışmazlığının uzanması Rusiya hakimiyyətinin idarəetmə qabiliyyəti ilə bağlı sualları artıraraq Kremlin siyasi mövqeyinə əlavə təzyiq yarada bilər.

//Samir Qurbanov, Editor.az