İspaniyanın Baş naziri Pedro Sançes ABŞ Prezidenti Donald Trampla NATO-nun Ankarada keçirilən sammiti çərçivəsində baş tutan söhbətinin təfərrüatlarını bölüşüb.
Editor.az xəbər verir ki, Sançes bildirib ki, Trampın iki ölkə arasında ticarət əlaqələrinin dayandırılması ilə bağlı təhdidlərinə baxmayaraq, onların söhbəti futbol mövzusu ətrafında keçib.
İspaniya hökumətinin başçısı görüşün təfərrüatlarını sammitin yekunlarına dair mətbuat konfransında açıqlayıb. O, tərəflər arasında dialoqun konstruktiv atmosferdə keçdiyini qeyd edib.
//Samir Qurbanov, Editor.az

