Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Ankarada keçirilən sammiti çərçivəsində Polşa Prezidenti Karol Navrotski ilə görüş keçirib.
Zelenskinin sözlərinə görə, danışıqlar zamanı regional təhlükəsizlik, Ukraynaya dəstəyin davam etdirilməsi və NATO çərçivəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Ukrayna lideri bildirib ki, Rusiya təhlükəsi həm Ukrayna, həm də Polşa üçün ortaqdır. O vurğulayıb ki, bu səbəbdən iki ölkə təhlükəsizlik sahəsində koordinasiyanı və qarşılıqlı əməkdaşlığı daha da gücləndirməlidir.
Tərəflər həmçinin müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi və regionda sabitliyin qorunması istiqamətində birgə addımları müzakirə ediblər.
//Samir Qurbanov, Editor.az

