Almaniya kansleri Fridrix Merts NATO üzvü olan Avropa ölkələri üçün “pulsuz təhlükəsizlik” dövrünün sona çatdığını bəyan edib.
Ankarada keçirilən mətbuat konfransında çıxış edən Merts bildirib ki, Avropa artıq təhlükəsizliyini əsasən ABŞ-ın üzərinə qoyduğu yanaşmadan imtina etməli, müdafiə imkanlarını gücləndirmək və hərbi xərcləri artırmaq üçün daha böyük məsuliyyət daşımalıdır.
Kanslerin sözlərinə görə, mövcud geosiyasi şərait Avropa dövlətlərini öz müdafiə qabiliyyətlərini gücləndirməyə məcbur edir və NATO daxilində öhdəliklərin daha ədalətli bölüşdürülməsi zəruridir.
Mertsin bu açıqlaması ABŞ-ın uzun müddətdir NATO müttəfiqlərini müdafiə xərclərini artırmağa çağırdığı bir dövrdə səsləndirilib.
//Samir Qurbanov, Editor.az

