Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, ölkəsi Avropa İttifaqına üzvlük məsələsində Ukrayna ilə rəqabət aparmaq niyyətində deyil.
Onun sözlərinə görə, Ukrayna geosiyasi vəziyyətə görə Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır və bu səbəbdən üzvlük prosesində müəyyən üstünlüklərə malik ola bilər. Vuçiç vurğulayıb ki, Serbiya bu reallığı qəbul edir və öz Avropa inteqrasiyası yolunu davam etdirəcək.
Serbiya lideri qeyd edib ki, ölkəsinin əsas məqsədi Aİ-yə üzvlük üçün tələb olunan islahatları həyata keçirmək və milli maraqlara uyğun şəkildə inteqrasiya prosesini davam etdirməkdir.
//Samir Qurbanov, Editor.az

