Rusiyanın Dağıstan Respublikasında yağan güclü leysan yağışları yenidən genişmiqyaslı daşqınlara səbəb olub.
Yerli mənbələrin məlumatına görə, intensiv yağıntılar nəticəsində bir sıra yaşayış məntəqələri, küçələr və avtomobil yolları su altında qalıb.
Bəzi ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşıb, avtomobillər sel sularında qalıb.
Hazırda aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində işlər aparır. Daşqınların vurduğu ziyanın həcmi və mümkün xəsarət alanlarla bağlı rəsmi məlumat hələ açıqlanmayıb.
//Samir Qurbanov, Editor.az

