ABŞ Senatında dəstəklənən mərhum senator Lindsi Qremin Rusiyaya qarşı sərt sanksiyaları nəzərdə tutan qanun layihəsi Donald Tramp administrasiyasına mənfi təsir göstərə bilər.
Rusiyanın Vaşinqtondakı səfirliyinin yaydığı bəyanatda bildirilir ki, belə məhdudiyyətlərin tətbiqi ABŞ-da yanacaq qiymətlərinin artmasına və inflyasiyanın sürətlənməsinə səbəb ola bilər. Diplomatik nümayəndəlik həmçinin iddia edib ki, Rusiyaya qarşı əvvəlki sanksiyalar gözlənilən nəticəni verməyib və yeni məhdudiyyətlər ilk növbədə ABŞ iqtisadiyyatına ziyan vuracaq.
Xatırladaq ki, ABŞ Senatında Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi üzrə prosedur səsverməsi uğurla keçib və sənədin yaxın günlərdə yekun səsverməyə çıxarılması gözlənilir.
//Samir Qurbanov, Editor.az

