Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın bir neçə gün əvvəl genişmiqyaslı hava hücumu üçün hazırlıqları tamamladığını və hücumun bu gecə həyata keçirilə biləcəyini açıqlayıb.
Zelenskinin sözlərinə görə, Ukrayna kəşfiyyatının əldə etdiyi məlumatlar Rusiyanın raket və pilotsuz uçuş aparatlarından istifadə etməklə irimiqyaslı zərbə endirməyə hazırlaşdığını göstərir.
Ukrayna lideri əhalini hava həyəcanı siqnallarına laqeyd yanaşmamağa, sığınacaqlardan istifadə etməyə və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
Hazırda Rusiya tərəfi Zelenskinin səsləndirdiyi iddialarla bağlı rəsmi açıqlama verməyib.
//Samir Qurbanov, Editor.az

