ABŞ-dan Rusiyaya qarşı sanksiyalarla bağlı sərt açıqlamabackend

ABŞ-dan Rusiyaya qarşı sanksiyalarla bağlı sərt açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresində Rusiyaya qarşı yeni sanksiyalar paketi ətrafında fikir ayrılığı yaranıb.

Politico nəşrinin məlumatına görə, Nümayəndələr Palatasındakı bir qrup demokrat qanun layihəsini dəstəkləmir.
Məlumata əsasən, etirazın əsas səbəbi Rusiyaya qarşı sanksiyaların özündən çox, layihənin ABŞ prezidentinə gömrük rüsumları tətbiq etmək sahəsində geniş səlahiyyətlər verməsi ilə bağlı narahatlıqlardır. Buna baxmayaraq, Senatda qanun layihəsi böyük səs çoxluğu ilə ilkin mərhələni keçib.

//Samir Qurbanov, Editor.az