Ukrayna mətbuatı: Zelenski ilə Trampın Ağ Evdəki görüşü nəticəsiz yekunlaşıbbackend

Ukrayna mətbuatı: Zelenski ilə Trampın Ağ Evdəki görüşü nəticəsiz yekunlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ Evdə keçirilən görüş heç bir konkret nəticə verməyib. Bu barədə Ukraynanın “Strana.ua” nəşri özünün Telegram kanalında məlumat yayıb.

Nəşrin iddiasına görə, tərəflər arasında baş tutan danışıqların yekununda hər hansı mühüm razılaşma əldə olunmayıb və görüş gözlənilən nəticələri verməyib.

Hələlik nə Ağ Ev, nə də Ukrayna Prezident Ofisi görüşün nəticələri ilə bağlı rəsmi açıqlama yayıb. Buna görə də görüşün detalları və tərəflər arasında müzakirə olunan məsələlər barədə əlavə məlumat gözlənilir.

//Samir Qurbanov, Editor.az