ABŞ Çini silahlara nəzarətlə bağlı danışıqlara qoşulmağa çağırdıbackend

ABŞ Çini silahlara nəzarətlə bağlı danışıqlara qoşulmağa çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamenti Çini silahlara nəzarət sahəsində beynəlxalq müzakirələrə qoşulmağa çağırıb.

Editor.az xəbər verir ki, Vaşinqton bu çağırışı Pekinin Sakit okeanda sualtı platformadan strateji raket sınağı keçirməsindən sonra səsləndirib.  

ABŞ tərəfi nüvə başlığı daşımayan qitələrarası ballistik raketin buraxılışını izlədiyini təsdiqləyib və bildirib ki, silahlara nəzarət məsələləri üzrə konstruktiv dialoq vacibdir. Bundan əlavə, Vaşinqton BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin öhdəliklərinə uyğun olaraq qitələrarası ballistik raketlər və kosmik aparatların buraxılışları barədə müntəzəm məlumatlandırma sisteminin tətbiqini dəstəkləyir.  

Çin Müdafiə Nazirliyi isə raket sınağının illik hərbi hazırlıq planının tərkib hissəsi olduğunu açıqlayıb. Pekin bildirib ki, buraxılış beynəlxalq hüquq normalarına tam uyğun şəkildə həyata keçirilib, maraqlı dövlətlər əvvəlcədən məlumatlandırılıb və sınaq heç bir konkret ölkəyə qarşı yönəlməyib.  

//Gülnarə Abasova, Editor.az