ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxın vaxtlarda telefon danışığı aparacağı gözlənilir.
Məlumata görə, tərəflər görüş zamanı Ukraynadakı münaqişənin mümkün qədər tez başa çatdırılması yollarını müzakirə edəcəklər.
Qeyd olunur ki, danışıqlarda əsas diqqət atəşkəs perspektivləri və münaqişənin diplomatik yolla nizamlanması imkanlarına yönələcək.
Bu barədə Associated Press yüksək vəzifəli amerikalı rəsmiyə istinadən məlumat yayıb.
//Samir Qurbanov, Editor.az

