Kadırov özü ilə bağlı bu xəbərə sevinmədi – Putindən mühüm qərarbackend

Kadırov özü ilə bağlı bu xəbərə sevinmədi – Putindən mühüm qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın hakim “Vahid Rusiya” Partiyası qarşıdan gələn Çeçenistan rəhbərliyinə seçkilərdə Ramzan Kadırovun namizədliyini irəli sürüb.

Globalinfo.az xəbər verir ki, qərar partiyanın Qroznıda keçirilən regional təşkilatının konfransında yekdilliklə qəbul edilib.

Ramzan Kadırov isə bu qərardan məmnun olmadığını bildirib. Onun sözlərinə görə, əgər seçim hüququ olsaydı, başqa namizədə üstünlük verərdi.

“Doğrusu, seçkilərə getdiyimə sevinmirəm. Məndən soruşsaydılar, başqa namizədi seçərdim. Çünki bu, çox böyük məsuliyyətdir və vəzifənin nə qədər çətin olduğunu yaxşı bilirəm. Respublikaya böyük zəhmət sərf olunub. Bu gün formalaşmış güclü komandamız var və o, saat mexanizmi kimi işləyir”, – deyə Kadırov bildirib.

O əlavə edib ki, seçkilərdə iştirak etməyə “məcbur” olduğunu düşünür.

“Əminəm ki, xalq məni dəstəkləyəcək. Əgər xalq dəstək versə, ona xidmət etməyə hazıram”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Ramzan Kadırov 2007-ci ildən Çeçenistana rəhbərlik edir. 2021-ci ildə keçirilən son rəhbər seçkilərində isə Rusiyanın Mərkəzi Seçki Komissiyasının açıqladığı rəsmi nəticələrə əsasən, o, səslərin 99,7 faizini qazanaraq yenidən vəzifəsini icra etməyə başlayıb.