Dalay Lama 130 il yaşaya biləcəyini bildiribbackend

Dalay Lama 130 il yaşaya biləcəyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dalay Lama XIV Tenzin Gyatso 130 ilədək yaşaya biləcəyini açıqlayıb.

Editor.az xəbər verir ki,  bu barədə Hindistanın Ladakh bölgəsində 91 illik yubileyi münasibətilə möminlər qarşısında çıxışı zamanı danışıb.

“Mən artıq 91 yaşındayam. Yuxularıma əsasən, 100 ildən çox yaşayacağam. Ola bilsin ki, təxminən 130 il ömür sürəcəyəm”, – deyə Dalay Lama bildirib.

Məlumata görə, çıxış onun rəsmi internet səhifəsi vasitəsilə canlı yayımlanıb.

Qeyd edək ki, Rusiyanın Buddistlərinin Mərkəzi Ruhani İdarəsinin rəhbəri Geşe Yonten (Sergey Kirişov) Dalay Lamanın 91 illik yubileyi münasibətilə Rusiya və digər ölkələrdəki buddistlərin onun uzun ömür sürməsi üçün dualar etdiklərini bildirib. Onun sözlərinə görə, belə bir ruhani liderin mümkün qədər uzun müddət insanlar arasında olması böyük əhəmiyyət daşıyır.

Xatırladaq ki, Dalay Lama 2024-cü ildə diz oynağının dəyişdirilməsi əməliyyatı keçirib. O, sağlamlığı ilə bağlı narahatlıq göstərən hər kəsə təşəkkür edib və vəziyyəti barədə yayıla biləcək əsassız məlumatlara inanmamağa çağırıb.

//Gülnarə Abasova, Editor.az